Xəbər - Samir Əli – Trend:
Bakı şəhərində “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs
saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Xəzər
Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil
olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir
nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq
istəyən şəxs saxlanılıb.
Şöbəyə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar
Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı
daxil olub.
Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun
üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün
yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar
edilərək götürülüb. Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə
etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını
bildirib.
2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.