Bakıda avtobusların sıxılmış təbii qaz və elektrik mühərrikinə keçid vaxtı dəyişib

2025-ci ilə qədər Bakı şəhərində sərnişindaşımada istifadə
olunan avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə
olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya
elektrik mühərriki ilə təchiz edilməlidir.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Belə ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan
avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və
taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin
müvafiq bəndində “2022-ci” sözləri “2025-ci” sözləri ilə əvəz
edilib.

Teqlər: