Bakıda avtobus qəzası olub

Xəbər - Samir Əli – Trend:

Suraxanıda avtobus qəzası olub.

BNA-dan AzerTimes-a verilən məlumata görə, 7 mart 2022-ci il
tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış
maasivində yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161
nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi
istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili
qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün
avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı
avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan
olmayıb.


“Bəzi informasiya saytlarında bu hadisə zamanı guya 12 nəfərin
xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar
arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən
mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən
müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş
edirik”, – məlumatda deyilir.

Teqlər: