Bakıda avtobus qəza törətdi: xəsarət alan var

Bakıda avtobus qəza törətdi: xəsarət alan var

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Rəşad Ədalət oğlu Dadaşov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Teqlər: