Bakının Nizami rayonunda avtobus əyləc sistemində nasazlıq səbəbindən yaxınlıqdakı mağazaya çırpılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzerTimes-a bildirilib ki, hadisə C.Naxçıvanski küçəsində qeydə alınıb.
“BMC” markalı avtobus “Bakubus MMC”nin istismarındadır və 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.
Avtobusa və mağazaya ziyan dəysə də, heç kim xəsarət almayıb.
BNA hadisə ilə bağlı araşdırma aparır, MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.