Bakıda AVRO-2020: Uelslə İsveçrə qarşılaşır

Xəbər - Orxan Nəbiyev – Trend:

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ilk oyun başlayıb.

AzerTimes-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda A qrupunda Uelslə İsveçrə qarşılaşır.

Qeyd edək ki, A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək.

Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Teqlər: