Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirki yaxınlığında bu gün baş verən atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən Heydər Əliyev hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə AZfront-a hüquq-mühafizə orqanlarındakı yüksək vəzifəli mənbə məlumat verib.