Bakıda ana və iki uşağını vuran sürücüyə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Tağıyev Taleh Əhliman oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, akim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, taksi fəaliyyəti ilə məşğul olan T.Tağıyev Sabunçu dairəsi yaxınlığında “Ravon” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən ana və iki övladını vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisəni törədən “Ravon” markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Teqlər: