Bakıda ali məktəb müəlliminin erməni sevgisi – Video

Bakıda ali məktəb müəlliminin erməni sevgisi – Video

Bakıda müxtəlif universitetlərdə fəlsəfə fənni üzrə dərs deyən müəllimin futbol məşğələsi zamanı meydana “Arsenal” klubunun erməni əsilli futbolçusu Mxitaryanın adı yazılmış futbolka ilə çıxdığı məlum olub.

AzerTimes Haqqın.az-a istinadən xəbər verir ki, Qərb-Kaspi, Azərbaycan, Turizm və Menecment Universiteti kimi təhsil ocaqlarında dərs deyən Ağalar Qəribov bu addımını kosmopolit olması ilə əlaqələndirib.

“Filosof” erməniləri düşmən hesab etmədiyini, daha bir erməni futbolçu, “Krasnodar”da oynayan Spertsyanın da futbolkasını qoruduğunu bildirib.

Onun sözlərinə görə, bu futbolkaları ona Rusiyada hədiyyə ediblər.

Qeyd edək ki, formasını geyindiyi erməni futbolçu Mxitaryan Azərbaycanın ərazi bütövlüyünü tanımır, erməni separatçılarına açıq dəstək verir.

Teqlər: