Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı iştirakçılarının podium məşqi keçirilib (FOTOREPORTAJ)

Bakıda Milli Gimnastika Arenasında qarşıdan gələn 28-ci
akrobatika gimnastikası üzrə dünya çempionatının iştirakçıları olan
idmançıların podium üzrə məşqləri keçirilib.

AzerTimes xəbər verir ki, martın
10-13-də Bakıda ilk dəfə olaraq Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Yarışda qeydiyyatdan keçmiş ölkələrin siyahısına əsasən, 17
ölkədən 170 gimnast öz çıxışlarını nümayiş etdirəcək.


Dörd gün ərzində baş tutacaq yarışda qadın, qarışıq və kişi
cütlüklərində, qadın və kişi qruplarında gimnastlar tarazlıq, temp
və kombinə edilmiş hərəkətlər nümayiş etdirəcəklər.

Trend məşqdən fotoreportajı təqdim edir:

Teqlər: