Martın 13-də Bakıda Milli Gimnastika Arenasında Akrobatika
Gimnastikası üzrə 28-ci Dünya çempionatının bağlanış mərasimi
keçirilib.
AzerTimes-ın
məlumatına görə, dünya çempionatında iştirak edən ölkələrin
bayraqlarının paradı olub.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının təhvil
verilməsi mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının
baş katibi Nurlana Məmmədzadə bayrağı Beynəlxalq Gimnastika
Federasiyasının prezidenti Morinari Vatanabeyə, o da öz növbəsində
bayrağı İsrail Gimnastika Federasiyasının nümayəndəsi Zina Harrisə
təqdim edib. Qeyd edək ki, akrobatika gimnastikası üzrə növbəti
dünya çempionatı İsraildə keçiriləcək/
Sonra tədbirdə heyrətamiz dərəcədə gözəl gimnastika tamaşası
nümayiş etdirilib.
Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilib.
Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edib.
Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim ediblər.
Azərbaycan yığmasının Dünya Çempionatında üç medalı aktivində
var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş, Daniel Abbasov və
Murad Rəfiyevin iki bürünc medal qazanıb.