Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 20-25 yaşlarında gənc oğlan (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər – 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: