Bakıda ağır qəza: ölən və yaralananlar var – Video

Bakıda ağır qəza: ölən və yaralananlar var – Video

Binəqədidə baş verən ağır yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb:

“Qəzada “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır”.

Teqlər: