Bakıda ağaclıq ərazidə yanğın başlayıb

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.


Əlavə məlumat veriləcək.

Teqlər: