Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə keçir – Rusiyalı gimnastlar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı yüksək səviyyədə keçirilir.

Bunu AzerTimes-a rusiyalı gimnastlar Aleksey Germanov, Anton Kolobov və Pyotr Perminov deyib.

A.Germanov bildirib ki, Bakıya ikinci dəfədir gəliblər:

“Görürük ki, Azərbaycan yarışlara tam şəkildə hazırlaşır. İdmançılar üçün bütün şərait yaradılıb. Hər şey bizim xoşumuza gəlir. Şəhər gözəldir, insanlar mehribandır”.

Təsnifat mərhələsində çıxışları barədə danışan A.Kolobov ciddi səhvlərə yol vermədiklərini deyib:

“Bəzi çatışmazlıqlar oldu, amma ümumilikdə proqramı ciddi səhvlər olmadan yerinə yetirdik. Biz üçlükdə yeni heyətlə çıxış edirik, finalda əlimizdən gələni edəcəyik”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: