Bakıda aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, mərasim zamanı idmançıların təmsil etdiyi ölkələrin bayraqları zala gətirilib. Azərbaycanın dövlət himni səsləndirilib.

İdmançılar, hakimlər və məşqçilər adından andlar səsləndirilib. İdmançıların adından Azərbaycan gimnastı Məryəm Topçubaşova and içib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.


Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Trend yarışların birinci günündən maraqlı anları təqdim edir:

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: