Bakıda Aerobika Gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları bağlı elan edilib (FOTO)

Beynəlxalq Gimnastika Federasiyası (GİF) İcra Komitəsinin üzvü Ali Al-Hitmi Bakıda Milli Gimnastika Arenasında keçirilən Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının bağlanış mərasimində çıxış edib.

Trend xəbər verir ki, o çıxışında bildirib:

“Xanımlar və cənablar!
Bu gün, bütün idman növlərinə, o cümlədən, Gimnastikaya dəstək verən bu ölkədə yüksək səviyyədə təşkil edilmiş, Aerobika Gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarının bağlanış mərasimindəyik.

Beynəlxalq Gimnastika Federasiyası və bütün iştirakçılar adından Yerli Təşkilat Komitəsinə, Azərbaycan Gimnastika Federasiyasına, bütün könüllülərə və bu tədbirdə çalışan hər kəsə bu möhtəşəm iş üçün minnətdaram.

Qalibləri təbrik edirəm və gələcək tədbirlərin hamı üçün uğurlu olmasını arzu edirəm.


Sonda, Aerobika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarındakı müvəffəqiyyətə görə Texniki Komitəyə və hakimlərə öz təşəkkürümü bildirirəm.

Sağ olun demirəm, tezliklə görüşənədək deyirəm!

Bununla da, Bakıda Aerobika Gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarını bağlı elan edirəm!”.

Teqlər: