Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final günü başlayıb.

AzerTimes-ın məlumatına görə, yarışların son günündə qarışıq cütlüklər arasında, kişilər arasında fərdi proqramda, aerodans üzrə və qrup hərəkətlərdə final mərhələsi və mükafatlandırma mərasimi keçiriləcək.

Bundan başqa, ən yaxşı çıxışa görə VTB-nin mükafatı təqdim olunacaq.


Kişilər arasında fərdi proqramda, aerodans proqramında və qrup hərəkətlərdə Azərbaycan gimnastları finalda mübarizə aparacaq.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: