Bakıda 9 narkokuryer saxlanılıb (FOTO/VİDEO)

Polis Nəsimi rayonunda narkokuryerlərə qarşı əməliyyatlar
keçirilib 9 nəfər saxlanılıb onlardan külli miqdarda narkotik
vasitə aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən
Trend
-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik
maddələrin satışı ilə məşğul olan daha 9 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı “Kubinka”, “Papanin” və digər ərazilərdə
narkotik vasitələrin satışı ilə məşğul olan Cəlal Məhərrəmli, Samir
Süleymanov, Elçin Quliyev, İsa Nəsirov, Musa Musayev, Sevinc
Həsənova, Zamin Manafov, Rüfət Xudayarov və Nicat Cəfərov
tutulublar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqram narkotik vasitə
və psixotrop maddə aşkar olunub. Araşdırma nəticəsində müəyyən
edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri sosial
şəbəkələrdə tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn
yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt
ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə
razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan
şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə
istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan
materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam
etdirilir.

Teqlər: