Bakıda 6 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 6 marşrutun hərəkət sxemi dəyişdirilir

Sabah Bakının Tiflis prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində aparılacaq yenidənqurma işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdiriləcək.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2, 6, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Dəyişikliyə əsasən:

2 nömrəli marşrut (S.Vurğun bağı istiqamətində): Tiflis pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Abbasqulu ağa Bakıxanov küç. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

6 nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqamətində): İnşaatçılar pr. – N.Nərimanov küç. – A.Şaiq küç. – İzmir küç. – Tiflis pr. daha sonra öz xətti üzrə;

13 nömrəli marşrut (“Koroğlu” m/st istiqamətində): Tiflis pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Ak.H.Əliyev küç. daha sonra öz xətti üzrə;

37 nömrəli marşrut (“İçərişəhər” m/st istiqamətində): Tiflis pr. – Ş.Mehdiyev küç. – Ə.Haqverdiyev küç. – İnşaatçılar pr. – N.Nərimanov küç. daha sonra öz xətti üzrə

65 nömrəli marşrut (Azneft dairəsi istiqamətində): Tiflis pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tiflis pr. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

79 nömrəli marşrut (Mərkəzi Bank istiqamətində): Tiflis pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) –C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tiflis pr. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

Teqlər: