Bakıda 30 yaşlı kişi qətlə yetirildi

Xəbər - Samir Əli – Trend:

Bakıda 30 yaşlı kişi qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2
radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30
yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət
yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil
olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə
zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə
əsaslı şübhələr müəyyən edilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa
təhvil verilib.

Teqlər: