Bakıda 23 gün əvvəl qətl törədən şəxs yaxalanıb.
Nərimanov rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın
Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır
cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, mayın 6-ı saat 11 radələrində Nərimanov rayonu, Atatürk
prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin
üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər
olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu
ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel
2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən
edilib.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.