Bakıda hümdürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini
oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları
tərəfindən əməliyyatlar davam etdirilir.
Trend Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə
istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin Cinayət
Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Soltan Rzayev
saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Binəqədi
rayonu və paytaxtın digər ərazilərində yerləşən 20-dən artıq
hündürmərtəbəli binanın liftinin naqilini kəsərək oğurladığı məlum
olub. Soltan Rzayev ifadəsində oğurladığı naqilləri paytaxt
ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə satdığını
bildirib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar
Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Soltan Rzayev
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də
analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102”
Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə məlumat verə bilərlər.