Bakıda 2 maşın toqquşdu: ölənlər var

Bakıda 2 maşın toqquşdu: ölənlər var

Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Şevrolet” markalı minik avtomobili və “Volvo” markalı yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: