Bakıda 19-cu mərtəbədə şüşələri silən işçi yıxılaraq ölüb

Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılmış və Səid Hüseynli yıxılaraq ölmüşdür.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Teqlər: