Bakıda 17 yaşlı oğlan atasını bıçaqladı

Bakıda 17 yaşlı oğlan atasını bıçaqladı

Bakıda 40 yaşlı kişi bıçaqlanıb, oğlu tutulub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Qiyamət Muğan oğlu Ağayevin ürək nahiyyəsinə daxilə nüfuz edən bir bıçaq zərbəsi yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

E.Ağayev şübhəli şəxs qismində tutulub.

Teqlər: