Oktyabrın 9-da paytaxtın R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“Bununla yanaşı oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən AMOR şadlıq sarayınadək olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə (C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil olunacaq”, – məlumatda bildirilib.