Bakıda 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Bakının Səbail rayonu ərazisində məktəblilərdən ibarət gənclər arasında baş verən bıçaqlanma ilə bağlı cinayət işi başlanıb.

Bunu AzerTimes-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hadisə nəticəsində 17 yaşlı Cəmil Həsənov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Kəskin qan itirmədən vəziyyəti ağırlaşan C. Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.


Fakt üzrə Səbail RPİ-də cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

C. Həsənova xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Teqlər: