Bakıda 1000 bina sökülür: yerində nə tikiləcək?

Bakıda 1000 bina sökülür: yerində nə tikiləcək?

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xəzər TV-yə müsahibəsində Bakıda yerləşən minə qədər köhnə binanın söküləcəyini və əvəzinə yenilərinin inşa olunacağını açıqlayıb. Belə ki, paytaxtda istismar müddəti başa çatan 5 və 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

AzerTimes xəbər verir ki, Bakı merinin bu açıqlaması müzakirələrə səbəb olub. Belə ki, əgər sökülən beşmərtəbəli binalar əvəzinə göydələnlər tikilərsə, onda Bakıdakı sıxlığın daha da artacağı qaçılmaz olacaq.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığımız suala cavab olaraq qurumun mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, söküləcək binaların yerində tikiləcək yeni binaların mərtəbəsi və mənzillərin sayı haqda yalnız baş plan təsdiq edildikdən sonra ətraflı danışmaq olar:

“Tikiləcək binaların neçə mərtəbə olacağı torpaq sahəsindən asılıdır. Buna həmin sahənin sıxlıq əmsallarına baxıldıqdan sonra qərar verilir”.

Teqlər: