Bakı xanlarının sarayı yaxın vaxtlarda bərpa olunaraq açılacaq – Şahin Seyidzadə

Yaxın vaxtlarda Bakı xanlarının sarayının bərpadan sonrakı
açılış mərasimi keçiriləcək.

AzerTimes-ın məlumatına görə bunun İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə “Qarabağın
və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə
problemləri” adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, tarixi abidələrin bərpası ilə yanaşı, Bakı
xanlarının sarayının da bərpası həyata keçirilir.

“Bu istiqamətdə işlər artıq yekunlaşıb. Yaxın müddət ərzində
tarixi binanın açılışı olacaq və ziyarətçilərin ixtiyarına
veriləcək”- , deyə o əlavə edib

Teqlər: