Bakı və İrəvanın necə işlədiyini görürsünüz… – Zaxarova

Bakı və İrəvanın necə işlədiyini görürsünüz… – Zaxarova

Biz müntəzəm olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və nizamlanma mövzusu ilə bağlı müxtəlif istiqamətlərdə məşğul oluruq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Siz ən yüksək səviyyədə fəallığı, rəhbərlik səviyyəsində görüşləri, Azərbaycan və Ermənistan nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Səfirliklərimiz və ekspertlərimiz gündəlik olaraq işləyirlər. Proses gedir və fasiləsiz davam edir”, – o vurğulayıb.

Zaxarovanın sözlərinə görə, moderator və vasitəçi adı altında bu bölgəyə sülh və firavanlıq arzu etməyənlər hərəkətə keçirlər:

“Bunun niyə edildiyini başa düşürük. Çünki həm Ermənistanın, həm də Azərbaycanın əsl dostu, əsl vasitəçi kimi ölkəmizin 2020-ci ildən atdığı təşəbbüskar addımlar Qərbdə şoka səbəb olub”.

Teqlər: