Bakı və İrəvana buna görə çox həssasıq – İran

Bakı və İrəvana buna görə çox həssasıq – İran

Tehran İrəvanla Bakı arasında münasibətlərdə vasitəçi olmağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.

“İranla yanaşı yerləşən müxtəlif bölgələr arasında Cənubi Qafqaz xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan biz qonşularımıza (Ermənistan və Azərbaycana) qarşı daha həssas və diqqətliyik”, – Vilayəti bildirib.

O qeyd edib ki, ölkələr arasında sülhün bərqərar olmasında son dərəcə mühüm amillərdən biri “tarixi sərhədlər”in qorunub saxlanmasıdır:

“Hansısa bir ölkə tərəfindən qonşu ölkənin sərhədlərinin pozulması regionda gərginliyi artırır və yerli müharibələri qızışdırır. Bundan isə təxribatçı ölkələr, məsələn, ABŞ və İsrail öz xeyrinə istifadə edir”.

Teqlər: