Bakı və Barselona limanları arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Barselona limanı
arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Trend-in
məlumatına görə, sənəd Bakıda “Yaşıl Limanlar və liman
idarəedilməsində yeni üsullar” tədbiri çərçivəsində imzalanıb.

Memorandum Bakı limanının tədris mərkəzinin regional tədris və
logistika mərkəzinə çevrilməsini nəzərdə tutur.

Eyni zamanda, sənədə əsasən, Bakı və Barselona limanlarının
tədris mərkəzləri yeni reallıqlara uyğun olaraq insan kapitalının
inkişafına vacib töhfə verəcək.

Memorandumu Bakı limanının tədris mərkəzinin rəhbəri Orxan
Adıgözəlov və Barselona liman nümayəndə heyətinin üzvləri
imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)