Bakı və Abşeronda sürüşmə zonaları açıqlandı

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bakı və Abşeron rayonunda Qaraçuxur, Günəşli, Masazır, Badamdar, Zığ, Nübar, Əhmədli, Bayıl zonalarında tez-tez sürüşmə müşahidə edilir.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişlərində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə sürüşmə üçün şərait var. Ancaq bəzən antropogen təsirlər səbəbindən bu şərait arta bilir.


Ə.Əliyev qeyd edib ki, sürüşmələrin qarşısının alınması üçün ilk növbədə yamacların dik kəsilməsinin, onun yüklənməsinin qarşısı alınmalıdır.

Xidmət rəisi Bakıda sürüşmə əraziləri ilə yanaşı, sürüşməyə meyilli ərazilərin də olduğunu nəzərə çatdırıb.

Teqlər: