Bakı və Abşeronda güclü külək əsir – FAKTİKİ HAVA

Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil
olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq
hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, intensiv
yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə
alınıb. Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və
Abşeron yarımadasında isə 25 m/s-dək güclənib.

Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s,
arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək
çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti
mayın 21-i səhər saatlarınadək davam edəcək. 21-i gündüz, 22-də
Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən
yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub küləyi əsəcək. Havanın
temperaturu tədricən yüksələcək.

Teqlər: