Bakı Vardanyanı nə qədər tənqid edirsə… – Moskvadan baxış

Bakı Vardanyanı nə qədər tənqid edirsə… – Moskvadan baxış

Rusiyanın keçmiş oliqarxı, erməni milyarder Ruben Vardanyanın İrəvanı hədəf seçərək, Qarabağda peyda olması artıq heç kəsdə şübhə doğurmur.

Bunu AzerTimes-a açıqlamasında Rusiyanın tanınmış politoloqu Vitali Arkov deyib.

“Siyasi kampaniyanın başlanması üçün Qarabağ tamamilə məntiqlə seçilib. Başlanmış görünən sülh prosesinə və Azərbaycan torpaqları üzərində nəzarəti bərpa etməyin mümkünsüzlüyünə baxmayaraq, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə və qondarma “revanşizm” xülyası hələ də güclüdür. Ermənistan təxribatlarının davam edəcəyi təqdirdə Bakı Moskvanın vasitəçiliyi ilə 2020-ci ilin noyabr və 2021-ci ilin yanvarında imzalanmış sənədlərin bəzi bəndlərinə yenidən baxılması məsələsini gündəmə gətirə bilər. Və İrəvan de-yure Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan istifadəni de-fakto dayandıracaq. Siyasi nöqteyi-nəzərdən Ermənistanda çox əhəmiyyətli olan bu auditoriyaya müraciət etmək Ruben üçün tamamilə uğurlu addımdır. Ermənistan əhalisinin əksəriyyətinin dəstəyini qazanmaq üçün Vardanyan və komandası onların nazı ilə oynamalı, Paşinyan və onun komandasını kölgədə qoymalıdırlar. Bəli, bu, xalis populizmdir, amma siyasi oyunun qaydaları belədir. Azərbaycan Vardanyanı nə qədər çox tənqid edirsə, bu siyasətçinin reytinqi bir o qədər sürətlə artır”, – o bildirib.

Teqlər: