Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 148 milyon barel və ya 19,6 milyon ton neft nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,64 faiz azdır.
AzerTimes bu barədə “bp”nin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Ceyhan terminalında 204 tanker yola salınıb.
2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək BTC vasitəsilə ümumilikdə təqribən 3,71 milyard barel (495 milyon tondan çox) xam neft nəql edilib və Ceyhanda 4 863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2021-ci ilin ilk üç rübü Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq, əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait xərclənib.
(Tərcümə: Orxan Nəbiyev)
Twitter: @Lyaman_Zeyn