Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir (FOTO/VİDEO)

Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planına əsasən növbəti tədbirlər Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüb.

Heydər Əliyev adına Hərbi Liseydə keçirilən viktorinada kursantlar böyük həvəslə iştirak edərək birinci olmaq üçün yarışıb və viktorinanın sonunda qalib komandalar mükafatlandırılıb.

Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri qələbəyə aparan yolu özündə əks etdirən səhnəcikləri canlandırıb və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Naxçıvan Qarnizonunun “Nərgiz” və “Bənövşə” uşaq bağçalarında keçirilən tədbirlərdə hərbi şəhərciklərin ərazisində yürüş olub və balaca fidanlar öz bacarıqlarını nümayiş etdiriblər.


Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

Teqlər: