Bakı, Sumqayıt və Abşeron üzrə martın pensiyaları ödənilib

Xəbər - Humay Ağacanova – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları
vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar,
həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin
pensiyaları da ödəniləcək.

Teqlər: