Bakı şəhəri və qəsəbələrdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı vəsait ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində
təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə
bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən;

– Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10
fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.37.1-ci yarımbəndində nəzərdə tutulmuş
15.650,0 min (on beş milyon altı yüz əlli min) manat vəsait bu
Sərəncama əlavəyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə
ayrılır.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama
əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin
edəcək.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər: