Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sayı
artırılıb.
AzerTimes xəbər verir ki, bu
barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda
edilən dəyişiklik edilib.
Belə ki, Bakı şəhər regional miqrasiya baş idarəsi Dövlət
Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil
edilib.
Başqa sözlə, Bakı şəhər regional miqrasiya idarəsinə baş idarə
statusu verildiyi üçün ayrıca qurum kimi Dövlət Miqrasiya
Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil
edilib.