Azərbaycanda 99 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302
nəfər müalicə olunaraq sağalıb, 9 641 nəfər vəfat edib, aktiv xəstə
sayı 1 233 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 5 677, ötən müddət ərzində isə ümumilikdə 6 651 787
test aparılıb.

Teqlər: