Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi

Yaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin
keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə,
daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur
və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və
dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar
budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri
görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların
kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa
çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət
edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər
obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında
təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət
edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz
töhfəmizi vermiş olacağıq.

Teqlər: