Bakı Şəhər Halqasından tələbələrə jest

Bakı Şəhər Halqasından tələbələrə jest

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Formula 1 Azərbaycan Qran-Prisi üçün endirimli biletləri satışa çıxarır.

BŞH-dan AzerTimes-a bildiriblər ki, bu il daha çox yerli gəncin yarış həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50 faiz endirimlə təklif olunur. Bu, yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır.

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur. Onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.

Endirim kampaniyası fevralın 5-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Teqlər: