Erməni xüsusi ordu korpusuna yeni komandan təyin edildi

Erməni xüsusi ordu korpusuna yeni komandan təyin edildi

Armen Gözəlyan Ermənistan Baş Qərargahının Baş Operativ İdarə rəisi vəzifəsindən azad edilərək, xüsusi ordu korpusunun komandiri təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan sərəncam imzalayıb.

Gözəlyan yeni vəzifəsində Artak Budaqyanı əvəz edib.

Levon Kasyan və Qagik Poqosyan Gözəlyanın müavinləri təyin ediliblər. Kasyan həmçinin xüsusi korpusun qərargah rəisidir.

Qeyd edək ki, xüsusi ordu korpusu 2021-ci ilin avqustunda yaradılıb. İndiyə qədər ona 4-cü ordu korpusunun rəhbəri olan Artaq Budaqyan rəhbərlik edirdi.

Teqlər: