Bakı sakinlərini və şəhərimizin qonaqlarını “KOB Fest”ə dəvət edirik

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı
sakinlərini və şəhərimizin qonaqlarını İçərişəhərdə (Qoşa Qala
Meydanı) təşkil ediləcək “KOB Fest” – sərgi-satış yarmarkasına
dəvət edir.

“Sahibkarlar Günü”nə həsr olunmuş ilk KOB Fest 25 – 26 aprel
tarixlərində saat 10:00-dan 20:30-dək paytaxt sakinləri və
şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 100-ə yaxın
mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu
təqdim ediləcək.

Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri
qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin
əl işləri, eləcə də xidmət sektorunda fəaliyyət göstərən KOB-ların
xidmətləri nümayiş olunacaq. Festival müddətində ebru sənətinin,
qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət
növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də
mədəni-əyləncəli proqram təqdim edilcəkdir.

Teqlər: