Bakı-Quba yolunda yük maşını aşdı: ölənlər var

Bakı-Quba yolunda yük maşını aşdı: ölənlər var

Bakı-Quba yolunda yük maşını aşıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü Nazim Zülfəli oğlu İbrahimov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü – Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Bəhruz Vaqif oğlu Mustafayev isə hadisə yerində ölüb.

Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: