Bakı-Quba yolunda “Rənc Rover” yanıb, kül oldu – Video

Bakı-Quba yolunda “Rənc Rover” yanıb, kül oldu – Video

Bakı-Quba yolunda “Rənc Rover” markalı avtomobil yanıb.

AzerTimes xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Rənc Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.

İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

Xəsarət alan və ya ölən olmayıb.

“Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, – deyə R.Tağıyev vurğulayıb.

Videonu təqdim edirik:

Teqlər: