Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı
tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb.
AzerTimes-ın məlumatına görə, bunu açıqlamasında Bakı Şəhər Halqası
əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom
Buçer deyib.
O qeyd edib ki, mühafizə hasarlarının və bloklarının
quraşdırılması 8 gün ərzində tamamlanacaq və trek 6 iyun gecə
saatlarından 7 iyun səhər saatlarına qədər bağlanacaq.
T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır
vəziyyətə gətiriləcək: “Bundan sonra Beynəlxalq Avtomobil
Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər
ediləcək”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.