Bakı qazı artırır, Tiflis sevinir – qazancını açıqladı

Bakı qazı artırır, Tiflis sevinir – qazancını açıqladı

Əgər Azərbaycan beynəlxalq bazara qazın artırılmasını Gürcüstan üzərindən həyata keçirərsə, bu, Gürcüstana enerji idxalını azaltmağa imkan verəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Texniki Universitetinin professoru Giya Arabidze yerli mediaya açıqlamasında deyib.

“Ötürülən qazın həcmi 50% artır, bu isə o deməkdir ki, Gürcüstan əhalisi tam razı qalacaq, ölkənin qazlaşdırılması prosesi daha fəal davam etdiriləcək və biz öz qazımızı yığa biləcəyik, elektrik enerjisinin idxalını minimuma endirəcəyik”, – o bildirib.

Professorun sözlərinə görə, əgər Azərbaycan 2027-ci ilə qədər qaz nəqlinin həcmini 20 milyarda qaldırmağı planlaşdırırsa, 2030-cu ilə qədər bu rəqəm 30 milyard ola bilər:

“30 milyardın 5%-i tranzit haqqı olaraq Gürcüstanda qalır. Bu isə 1,5 milyard kub metr qaz deməkdir.

Bu layihələrin neft istiqamətində də davam etməsi Supsa terminalının və Bakı-Supsa kəmərinin bərpası deməkdir, burda ciddi gəlirlər olacaq, yeni iş yerləri açıqlacaq”.

Qeyd edək ki, Səngəçal terminalından Supsa limanına neft kəməri 1999-cu ildə açılıb və bu kəmərin illik ötürmə gücü 7 milyon tondan artıqdır.

Teqlər: